Texnologiya komandamız ilə tanış olun!

Haqqımızda
Saytqur innovativ vebsaytların yaradılmasında peşəkar texnologiya tərəfdaşınızdır.
Müştərilərimiz bizə ekspert yanaşma və yüksək təcrübə üçün müraciət edirlər. Biz yeni layihələrin sıfırdan qurulmasında və mövcud saytların tam transformasiyasında iştirak edirik. Layihənin uğurlu olması, biznes hədəflərinizə və istifadəçi gözləntilərinə uyğun şəkildə formalaşdırılması üçün, komandamız sizə dəstək olur.
Missiyamız
Bizim missiyamız – bizneslərin inkişafına real dəyər qatan, texniki cəhətdən dayanıqlı və istifadəçi yönümlü rəqəmsal məhsullar yaratmaqdır.
Saytqur olaraq, hər bir layihəyə strateji baxışla yanaşır, müasir texnologiyalar və yaradıcı yanaşma ilə fərqlənən həllər təqdim edirik.
Niyə Saytqur?
Çünki biz peşəkarlığımıza və təcrübəmizə güvənirik. Komandamız layihənin hər mərhələsini əhatə edən ixtisaslı mütəxəssislərdən ibarətdir.
- Kopirayterlər, UI/UX dizaynerlər
- Frontend və backend proqramçılar
- Testçilər, SEO və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər.
Hər biri öz sahəsində bazarın ən yaxşısıdır. Biz keyfiyyətdən güzəştə getmədən işləyirik – çünki nəticə önəmlidir.
Biz necə işləyirik? Əvvəlcə dərin analiz aparırıq: layihənin məqsədlərini, texniki məhdudiyyətləri, rəqibləri və istifadəçi davranışlarını araşdırırıq.
- İlkin struktur hazırlayırıq: saytın məqsədlərinə uyğun şəkildə prototiplər qururuq.
- Dizayn mərhələsi – brendə uyğun vizual üslubdan tutmuş, adaptiv interfeyslərə qədər bütün səhifələrin dizaynı hazırlayırıq.
- Development mərhələsi – təcrübəli proqramçılarımız layihəni yüksək standartlara uyğun kodlaşdırır və sistemlərə inteqrasiya edir.
- Test və buraxılış – hər bir layihə çoxsəviyyəli testdən keçirilir və bug-lar aradan qaldırılır.
- Texniki dəstək – saytın dayanıqlılığı qiymətləndirilir, admin paneldən istifadə üzrə treninqlər həyata keçirilir və tövsiyələr verilir.
Nəticə
Biz sadəcə sayt yaratmırıq – işləyən məhsul təqdim edirik. Hər detal üzərində işləyir, texniki, dizayn və biznes baxımından tam balanslı həllər təklif edirik.
Əgər sizə etibarlı, peşəkar və nəticəyə fokuslanan tərəfdaş lazımdırsa – Saytqur yanınızdadır.